Kuzbassda kişi öz qızını 7 yaşından 16 yaşına qədər zorlayıb.
Lent.az xarici mediyaya istinadən məlumat verir ki, qız təhsil üçün başqa şəhərə köçəndə özü polisə müraciət edib. Onun sözlərinə görə, anasının cinayətlərdən xəbəri olub.
Ana valideynlik vəzifələrini lazımınca yerinə yetirmədiyinə görə inzibati məsuliyyətə cəlb edilib. Qurbanın atası həbs edilib. O, istintaqa qızının yalan danışdığını desə də, sübutlar onun günahını təsdiqləyib.