Borca görə axtarılan daha 23 nəfər saxlanıldı
20 aprel 2021 10:43 (UTC +04:00)

Borca görə axtarılan daha 23 nəfər saxlanıldı

Respublikanın daxili işlər orqanları dünən gün ərzində törədilmiş 25 cinayətin üstünü “isti izlər”lə açıb.  

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a  verilən xəbərə görə, əvvəlki dövrlərdən bağlı qalmış 4 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 35 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 23 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Respublikanın avtomobil yollarında 1 yol nəqliyyat hadisəsi baş verib, 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 18  fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb.

# 1239
avatar

Oxşar yazılar