Bir banka xiyar turşusu ilə  döyüşdən yayındı
23 iyun 2025 12:30 (UTC +04:00)

Bir banka xiyar turşusu ilə döyüşdən yayındı

Ukraynada bir nəfər qeyri-adi üsuldan istifadə edərək bir gənci məcburi səfərbərlikdən yayındırıb.

Lent.az xəbər verir ki, hərbi geyimli bir qrup şəxs gənci zorla mikroavtobusa mindirməyə çalışıb. Birdən üst mərtəbədən xiyar turşusu bankası səfərbərlik əməkdaşlarının üzərinə düşərək, parça-parça olub.

Ehtimal olunur ki, bankanı atan gəncin ya qonşusu, ya da qohumu olub.

Məlumata görə, gənc oğlan onu döyməklə və bibər qazından istifadə etməklə hədələyən hərbçilərin əlindən qaçmağa çalışıb. 

Nəhayət, o, naməlum istiqamətə qaçaraq hərbçilərdən gizlənməyi bacarır.

Hadisənin dəqiq yeri barədə məlumat verilmir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 698

Oxşar yazılar