Binəqədidə evi soydular: görün, nələ aparıblar
09 avqust 2025 14:12 (UTC +04:00)

Binəqədidə evi soydular: görün, nələ aparıblar

Binəqədi rayonunda oğurluq hadisəsi qeydə alınıb.

Bu barədə Lent.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Belə ki, rayon ərazisində yerləşən evlərin birindən 4800 dollar, 600 avro pul, 5 ədəd qol saatı və qızıl-zinət əşyaları naməlum şəxs tərəfindən oğurlanıb. Daha sonra həmin şəxs evdə yanğın törədərək hadisə yerindən qaçıb.

Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 43 yaşlı H.Hüseynov müəyyən edilərək saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 628

Oxşar yazılar