Bərdədə eyvan uçdu,  qadın altında qaldı - VİDEO  - YENİLƏNİB
15 mart 2025 12:12 (UTC +04:00)

Bərdədə eyvan uçdu, qadın altında qaldı - VİDEO - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bərdə şəhəri, Təbriz küçəsində yaşayış binasının eyvanının uçması barədə məlumat daxil olub.

Nazirlikdən Lent.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi Qarabağ Regional Mərkəzinin və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsinin eyvanının uçması nəticəsində 1 nəfər qadının dağıntı altında qaldığı müəyyən olunub.

Nazirliyin qüvvələri tərəfindən həyata keçirilən operativ xilasetmə tədbirləri sayəsində dağıntı altında qalan vətəndaş xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.

Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə edilib.

***
11:58

Bərdədə yaşayış binasının eyvanı uçub.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə şəhərin Təbriz küçəsində qeydə alınıb. İlkin məlumata görə, uçqun nəticəsində yaralananlar olub.

Hadisə yerinə FHN-nin xilasediciləri və hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 744

Oxşar yazılar