Bakıda evdən meyit tapılıb.
Lent.az xəbər verir ki, hadisə martın 18-də Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində baş verib.
79 yaşlı Qalina Pavlovna Carçıyevanın meyiti yaşadığı evdə tapılıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb.
Faktla bağlı Suraxanı rayon prokurorluğunda araşdırma aparılır.