"Baku Bus"ın avtobusu ilə minik maşını toqquşdu - FOTO
08 avqust 2023 01:25 (UTC +04:00)

"Baku Bus"ın avtobusu ilə minik maşını toqquşdu - FOTO

Bakıda sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi olub.

Lent.az xəbər verir ki, qəza Ziya Bünyadov prospektində qeydə alınıb.

Belə ki, hadisə nəticəsində "Baku Bus" MMC-yə məxsus 99-JU-536 dövlət nömrə nişanlı avtobus ilə 99-TZ-823 dövlət nömrə nişanlı "Ford Fusion" markalı minik avtomobili toqquşub.

Hadisə nəticəsində xəsarət alan olmasa da, hər iki nəqliyyat vasitəsinə ziyan dəyib. Qəza səbəbindən prospektdə uzun tıxac yaranıb.

Əraziyə DYP əməkdaşları cəlb edilib. Yolda hərəkət təmin edilib.

Faktla bağlı araşdırma aparılır.

Elşən Yəhyayev

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2199

Oxşar yazılar