Bakıxanov qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın söndürülüb.
Bu barədə Lent.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, FHN-in qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
***
17:55
Bakıda yaşayış binasında yanğın başlayıb.
Fövqəladə Hallar Nazirliyindən Lent.az-a bildirilib ki, yanğın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verib.
“112” qaynar telefon xəttinə daxil olan məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.
Əlavə məlumat veriləcək.