Bakıda fəaliyyət göstərən “Lanset-Cərrahlıq Klinikası" MMC cərimələnib.
Lent.az-ın məlumatına görə, klinika barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci (Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə) maddəsi ilə cərimə protokolu tərtib olunub.
Protokol baxılması üçün Nərimanov rayon Məhkəməsinə göndərilib. İş hakim Vüsal Qurbanovun icraatına verilib.
Xatırladaq ki, həmin maddə ilə klinikanı 300 manat məbləğində cərimə gözləyir.