Noyabrın 15-də Səbail rayonu Salyan yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, “Daewoo” markalı avtomobil yolu keçən piyada, polis nəfəri Ərtoğrul Həsənlini vurub.
Ona göstərilən tibbi müdaxilələrə baxmayaraq həyatını itirib.
Faktla bağlı cinayət işi başlanılıb.