Bakıda yolu keçən piyadanı maşın vurdu
26 may 2022 03:20 (UTC +04:00)

Bakıda yolu keçən piyadanı maşın vurdu

Pospektdə yolu keçən piyadanı avtomobil vurub.

Lent.az xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki,  prospektdə piyada üçün müəyyən edilməmiş hissədən keçən 1986-ci il təvəllüdlü Quliyev Sərxan Həsən oğlunu “VAZ 2109” markalı avtomobil vurub.

Piyada ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

Nurlan Əli
 

# 1491
avatar

Oxşar yazılar