İntensiv yağışlar Bakının əsas yollarından birində yol çöküb.
Lent.az xəbər verir ki, hadisə Nizami rayonu Bəkir Çobanzadə küçəsində - “Saphire” şadlıq evinin qarşısında qeydə alınıb. Yolun hərəkət hissəsində böyük çuxur yaranıb. Bu səbəbdən həmin ərazi lentlə əhatəyə alınıb.
İctimai TV-yə istinadən yoldakı vəziyyətin videosunu təqdim edirik: