Bakıda süpürgəçini maşın vurub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov Lent.az-a bildirib ki, noyabrın 6-da saat 09:25 radələrində paytaxtın Nərimanov rayonu Ziya Bünyadov prospektində 32 yaşlı O.İbrahimov idarə etdiyi “Wolkswagen” markalı avtomobillə piyada E.İrzayevanı vurub.
Zərərçəkən aldığı bədən xəsarətləri nəticəsində ölüb.
Yol nəqliyyat hadisəsi ilə bağlı ərazi polis orqanında cinayət işi başlanılıb, istintaq tədbirləri aparılır.
Qeyd edək ki, E.İrzayeva süpürgəçi olub.