Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində evlərdən ayrı-ayrı vaxtlarda oğurluqların edilməsi barədə polisə müraciətlər daxil olub.
DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə mənzillərdən 3200 manat dəyərində təmir-tikinti alətləri, elektrik avadanlıqları və inşaat materialları talamaqda şübhəli bilinən 38 yaşlı A.Xalidov saxlanılıb.
Araşdırmalar davam etdirilir.