Bakının Nizami rayonu ərazisində yerləşən restoranların birində yanvarın 13-ü saat 3 radələrində naməlum şəxsin 37 yaşlı M.Pənahova zor tətbiq edib 150 manatını alması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətmiş, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 36 yaşlı Rahib Orcayev müəyyən olunaraq saxlanılıb.
Onun üzərinə baxış zamanı psixotrop maddə metamfetamin də aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.