Bakıda qanunsuz yaşayan  əcnəbilərə qarşı ƏMƏLİYYAT
16 dekabr 2024 13:41 (UTC +04:00)

Bakıda qanunsuz yaşayan əcnəbilərə qarşı ƏMƏLİYYAT

Bakıda qanunsuz yaşayan 92 əcnəbi saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, bu ilin noyabr ayı ərzində nazirliyin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsi əməkdaşlarının Bakı şəhərində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycanın ərazisində olma və ya yaşama hüququ verən sənədlər olmadan, habelə qeydiyyatsız yaşayan, bir yerdən başqa yerə getdikdə olduğu yer və yaşayış yeri üzrə qeydiyyat qaydalarına əməl etməyən, Azərbaycanda olma və ya yaşama müddəti qurtardıqdan sonra getməkdən boyun qaçıran 92 əcnəbi vətəndaş saxlanılıb. Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati xəta protokolu tərtib olunub və aidiyyəti üzrə təhvil veriliblər.

Qeyd edək ki, 2024-cü ilin 11 ayı ərzində Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsi və respublikanın ərazi polis orqanlarının əməkdaşları ilə birgə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 531 nəfər əcnəbi vətəndaş müəyyən edilərək barələrində müvafiq tədbirlər görülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 618
avatar

Oxşar yazılar