Bakıda mağaza belə yandı-VİDEO
08 fevral 2026 11:46 (UTC +04:00)

Bakıda mağaza belə yandı-VİDEO

1

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsində mağazada yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Lent.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 15kv.m. olan şirniyyat mağazasında baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində mağazanın içərisində quraşdırılmış bir ədəd kondisioner və 2p.m. mətbəx mebeli yanıb.

Mağazanın böyük hissəsi yanğından mühafizə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 350

Oxşar yazılar