Bakıda avtomobildən kişi meyiti tapılıb.
Lent.az xəbər verir ki, hadisə Nizami rayonu, A.Mirzəyev küçəsində qeydə alınıb.
Bakı şəhər sakini 56 yaşlı Rasim Məmmədoviç Əliyevin meyiti istifadəyə yararsız avtomobilin içərisində tapılıb. Onun hansı səbəbdən öldüyü bilinmir.
Araşdırma aparılır.