Bakıda iki avtomobil və bir motosiklet toqquşdu - 1 nəfər yaralandı
16 yanvar 2025 23:18 (UTC +04:00)

Bakıda iki avtomobil və bir motosiklet toqquşdu - 1 nəfər yaralandı

Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az xəbər verir ki, hadisə Azadlıq prospekti ilə Ziya Bünyadov prospektinin kəsişməsində qeydə alınıb.

Belə ki, dairədə hərəkətdə olan “Chevrolet” markalı avtomobil Azadlıq prospektində həkət edən “Lada” markalı avtomobilə və motosikletə çırpılıb.

Qəza nəticəsində motosikletin sürücüsü ağır bədən xəsarətləri alıb.

Yaralı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2225

Oxşar yazılar