Bakıda polis nəfəri xidməti tabel silahı ilə ehtiyatsız davranması nəticəsində xəsarət alıb.
Lent.az-ın əldə etdiyi məlumata görə, xəsarət alan serjant Emin Cəfərli xəstəxanaya yerləşdirilib. Göstərilən tibbi müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
DİN-in Mətbuat Xidmətindən Lent.az-a məlumatı təsdiqləyiblər.