Bakıda dəhşətli intihar hadisəsi baş verib.
Lent.az-ın məlumatına görə, hadisə paytaxtın Xəzər rayonu, Mərdəkan bağlarında qeydə alınıb. Orada yaşayan, 1986-cı il təvəllüdlü Fərhad Ayəddin oğlu Əzizov ülgüclə boğazını kəsib. Nəticədə çoxlu qan itirən F.Əzizov hadisə yerindəcə keçinib.
İntiharın səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Xəzər Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.