Bakıda çanta oğruları saxlanılıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Səbail rayonu Ə.Əlizadə küçəsində bir nəfərin içərisində 1200 manat pul və mobil telefon olan çantasının oğurlanması barədə polisə məlumat daxil olub. Səbail RPİ 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 36 yaşlı V.Hacıyev və 23 yaşlı M.Abdullayeva müəyyən olunaraq saxlanılıblar.
Yasamal rayonu ərazisində də analoji hadisə baş verib. Ayrı-ayrı vaxtlarda rayon sakinlərinin ümumilikdə 2900 manat pul, həmçinin bank kartları və sənədlər olan çantalarını talayan şəxsləri polis əməkdaşları qısa müddət ərzində müəyyən ediblər. Belə ki, hadisəni törətməkdə təqsirli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 48 yaşlı A.Əhmədov və 40 yaşlı M.Bağırov polis əməkdaşları tərəfindən saxlanılaraq barələrində qanunamüvafiq tədbirlərin görülməsi təmin edilib.
Faktlarla bağlı araşdırma aparılır.