Bakıda “bomj” küçədə öldü
10 sentyabr 2023 11:32 (UTC +04:00)

Bakıda “bomj” küçədə öldü

Bakıda səfil həyatı sürən şəxs küçədə ölüb.

Lent.az xəbər verir ki, hadisə Hövsan qəsəbəsi ərazisində baş verib.

1955-ci il təvəllüdlü Qasım Hüseynağa oğlu Qasımovun çürümüş meyiti aşkar olunaraq aidiyyatı üzrə təhvil verilib.

Məlum olub ki, Q. Qasımov ərazidə yerləşən boş vaqonda yaşayırmış.

Ölümün səbəbi məlum deyil. Meyit üzərində hər hansı zorakılıq əlaməti olmayıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2652

Oxşar yazılar