Bakıda bir nəfəri aldadıb 120 minini aldılar
07 noyabr 2024 11:45 (UTC +04:00)

Bakıda bir nəfəri aldadıb 120 minini aldılar

Bakıda bir neçə dələduzluq hadisələri olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində bir nəfərin 120.000, digər iki şəxsin 2200 və 6000 manat pullarını, daha bir nəfərin isə mobil telefonunu dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 54 yaşlı H.Məmmədov, 27 yaşlı Q.Maşıyev, 23 yaşlı Ə.Babayev və 45 yaşlı X.İsmayılova müəyyən olunaraq saxlanılıblar. 

Yasamal RPİ 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə 66 yaşlı bir qadının 12000 manatını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 55 yaşlı P.Əliyeva müəyyən olunaraq saxlanılıb.

Faktlarla bağlı araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1449
avatar

Oxşar yazılar