Binəqədi rayonunda itkin düşən şəxsin öldüyü məlum olub.
Lent.az xəbər verir ki, dekabrın 12-də Binəqədi qəsəbə sakini 1991-ci il təvəllüdlü Taleh Şahid oğlu Fehruzlu yaşadığı evdən çıxıb, geri qayıtmayıb.
Araşdırmalarla onun dekabrın 14-ü saat 11 radələrində Binəqədi şosesində yerləşən Sərdarov adına zavodun həyətində elektrik cərəyanı vurması nəticəsində ölməsi müəyyən olunub.