Bakıda mənzildən oğurluq olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent. az-a verilən xəbərə görə, Binəqədi rayon Polis İdarəsi 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Binəqədi qəsəbəsindəki evlərin birindən seyfdən 7500 manat pul və 17.000 manat dəyərində qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini olan yeniyetmə müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.