Badamdarda ŞOK OLAY:  dayə çalışdığı villadan 50 min manatlıq  qızıl oğurladı
21 noyabr 2025 12:53 (UTC +04:00)

Badamdarda ŞOK OLAY: dayə çalışdığı villadan 50 min manatlıq qızıl oğurladı

0

Paytaxtın Səbail rayonunda talama cinayəti baş verib.

Lent.az xəbər verir ki, Badamdar qəsəbə sakininin evindən 50 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Bu barədə zərərçəkən polisə müraciət edib.

Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən tədbirlə həmin evdə xadimə kimi çalışan 50 yaşlı M.Abdullayeva şübhəli şəxs qismində müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla onun qızıl-zinət əşyalarını ayrı-ayrı vaxtlarda hissə-hissə evdən oğurladığı müəyyən olunub.  

İdarənin 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı isə iki vətəndaşın ümumilikdə 2470 manat nağd pul və bank kartlarını oğurlamaqda şübhəli bilinən 21 yaşlı N.İsmayılova da tutulub.

Hər iki fakt üzrə araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 88

Oxşar yazılar