Azyaşlıya təcavüz etdi, 48 ildən sonra həbs olundu
14 avqust 2025 15:27 (UTC +04:00)

Azyaşlıya təcavüz etdi, 48 ildən sonra həbs olundu

Moskvada azyaşlıya qarşı təcavüzdə təqsirləndirilən şəxs 48 ildən sonra məhkəmə qarşısına çıxacaq.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, hadisə 1977-ci ilin may ayında törədilib.

17 yaşlı yeniyetmə meşədə bir qıza hücum edərək onu zorlayıb. Hadisədən sonra cinayətkar qaçaraq gizlənib və uzun müddət onun şəxsiyyəti müəyyən edilməyib.

İstintaq yalnız 48 il sonra başa çatdırılıb. Müəyyən olunub ki, şübhəli 1960-cı il təvəllüdlüdür və oxşar cinayətə görə əvvəllər məhkum olunub.

İstintaq Komitəsi vurğulayıb ki, cinayətin törədilməsindən xeyli müddət keçməsinə baxmayaraq, təqsirkar məsuliyyətdən yayınmayıb. İş mahiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 412

Oxşar yazılar