"Azərişıq" ASC-nin mühəndisi həbs edildi
23 yanvar 2026 13:33 (UTC +04:00)

"Azərişıq" ASC-nin mühəndisi həbs edildi

0

Mingəçevirdə iki nəfərin ölümündə təqsirləndirilən sürücülər Ülvi Hətəmov və Əhməd Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Lent.az oxu.az-a istinadən xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Ü.Hətəmov və Ə.Əhmədovun hər biri 5 il 6 ay azadlıqdan məhrum edilib və onlar məhkəmə zalında həbs olunublar.

İttihama görə, hadisə Mingəçevir şəhəri, Samux küçəsində baş verib. Şəhər sakini Ülvi Hətəmovun idarə etdiyi "Mercedes-Benz" və Əhməd Əhmədovun idarə etdiyi QAZ-3110 avtomobilləri toqquşub.

Hadisə nəticəsində QAZ-3110 avtomobilindəki sərnişinlər - "Azərişıq" ASC-nin Mərkəzi Aran Regional Elektrik Təchizatı və Satışı İdarəsinin (RETSİ) əməkdaşları, 1983-cü il təvəllüdlü şəhər sakini Azər Manafov və 1965-ci il təvəllüdlü Yolçu Cavadov aldığı xəsarətlərdən ölüblər, hər iki sürücü isə xəsarət alıb.

Xatırladaq ki, QAZ-3110 avtomobilinin sürücüsü Əhməd Əhmədov "Azərişıq" ASC-nin Elektrik Təchizatı və Satışı İdarəsinin aparıcı mühəndisi işləyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 598

Oxşar yazılar