Azərbaycanlı biznesmenə  məxsus liman Rusiyaya qaytarılır
01 oktyabr 2025 11:18 (UTC +04:00)

Azərbaycanlı biznesmenə məxsus liman Rusiyaya qaytarılır

0

Rusiya Baş Prokurorluğu Tuapse dəniz ticarət limanının geri qaytarılması üçün iddia qaldırıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, Tuapse dəniz ticarət limanının aktivlərinin dəyəri 1 milyard, illik bəyan edilmiş gəliri isə 200 milyon rubldan çoxdur. Limanın tərkibinə 3 hektar torpaq sahəsi, özünə məxsus dərin dəniz körpüsü, istehsalat bazası, logistika və yükləmə kompleksi, yardımçı infrastruktur obyektləri daxildir. Liman hər il 960 mindən çox ton yük qəbul edir, o cümlədən Türkiyə və Azərbaycandan.

1994-cü ildə limanın o vaxtkı sahibi – balıqçılıq kolxozu “Rodina” Cənubi-Qara dəniz kommersiya bankı ilə son dərəcə əlverişsiz kredit müqaviləsi imzalayıb. İki ildən sonra, guya borcun qaytarılmaması bəhanəsi ilə bank bütün əmlak kompleksini, o cümlədən qanunla dövlət mülkiyyətindən çıxarılması qadağan olunan hidrotexniki qurğuları öz nəzarətinə keçirib.

Daha sonra Rusiyanın nəqliyyat təhlükəsizliyi üçün strateji əhəmiyyət kəsb edən bu aktivlərin leqallaşdırılması məqsədilə mülkiyyət dəfələrlə dəyişib. 2014-cü ilin oktyabrında limanın 100% payı azərbaycanlı biznesmen Şahlar Novruzov tərəfindən alınıb, lakin iki ay sonra həmin pay Britaniya Virgin adalarında qeydiyyatdan keçmiş Vonixel Limited BVI şirkətinə ötürülüb.

Beləliklə, Baş Prokurorluğun fikrincə, İngiltərə şirkəti qanunsuz olaraq Tuapse dəniz limanının bir hissəsi olan nəqliyyat terminalına sahib olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 540

Oxşar yazılar