Gəncdə intihar hadisəsi baş verib.
APA-nın yerli bürosunum məlumatına görə, hadisə şəhərin Fikrət Əmirov küçəsində qeydə alınıb.
Şəhər sakini, 1967-ci il təvəllüdlü Qurbanov Alim Razim oğlu özünü yaşadığı binandan ataraq intihar edib. O, hadisə yerində dünyasını dəyişib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
İntiharın hansı səbəbdən baş verdiyi məlum deyil.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.