Azərbaycanda 18 korrupsioner  cinayət başında TUTULDU
22 yanvar 2026 14:59 (UTC +04:00)

Azərbaycanda 18 korrupsioner cinayət başında TUTULDU

0

Ötən il Azərbaycanda korrupsiyaya yol verən 18 nəfər cinayət başında saxlanılıb.

Lent.az xəbər verir ki, bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 2025-ci ilin yekunlarına həsr olunmuş əməliyyat müşavirəsində bildirilib.

Qeyd olunub ki, əməliyyat qurumları tərəfindən 114 cinayət işi başlanılıb. Keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində korrupsiya cinayəti törədən 18 şəxs cinayət başında yaxalanıb.

Hesabat dövrü ərzində Baş İdarə tərəfindən 174 şəxs barəsində 104 cinayət işi baxılması üçün məhkəmələrə göndərilib. Məhkəmələrə göndərilmiş cinayət işlərinin mütləq əksəriyyəti üzrə ittiham hökmləri çıxarılıb, qalanları isə hazırda məhkəmə baxışındadır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 524

Oxşar yazılar