73 yaşlı kişi 38 yaşlı oğluna elektrik cərəyanı ilə ölənə qədər işgəncə verib.
Lent.az xarici mediyaya istinadən xəbər verir ki, hadisə Kaluqa vilayətində baş verib.
Rusiya İstintaq Komitəsinin bölgə üzrə istintaq orqanlarının məlumatına görə, ata və oğul arasında yaranan mübahisədən sonra qəzəbli kişi 220 V gərginlikli açıq naqilləri oğlunun bədəninin hissələrinə sıxıb. Oğlunda həyat əlamətləri görünməyənə qədər işgəncəni davam edib. Ata həbs olunub.
Hadisə ilə bağlı araşdırma davam edir.