Astarada qarpızdan kütləvi zəhərlənmə  -YENİLƏNİB
05 sentyabr 2025 18:09 (UTC +04:00)

Astarada qarpızdan kütləvi zəhərlənmə -YENİLƏNİB

0

Bu gün11:00 radələrindən etibarən müxtəlif qastrointestinal şikayətlərlə 8-i uşaq olmaqla, ümumilikdə 15 nəfər (9-u qadın, 6-sı kişi cinsli) Astara Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.

TƏBİB-dən bildirilib ki, onlara zəruri tibbi xidmət göstərilib.
Müalicələri Yoluxucu xəstəliklər şöbəsində davam etdirilən pasiyentlərdən 13-nün vəziyyəti qənaətbəxş, 2-nin vəziyyəti isə nisbi ağır qiymətləndirilir./APA

 

***

17:49

 

Astara rayonunda kütləvi zəhərlənmə hadisəsi baş verib.

Lent.az xəbər verir ki, bu gün rayon sakini olan 15 nəfər Astara Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Onların qarpızdan zəhərləndiyi bildirilir./qafqazinfo

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 478

Oxşar yazılar