28 yaşlı kişi 37 yaşlı arvadını vəhşicəsinə qətlə yetirib.
Lent.az xarici mediyaya istinadən bildirir ki, hadisə Dağıstanda baş verib.
Məlumata görə, aralarında yaranan münaqişə zamanı kişi arvadına çoxsaylı bıçaq zərbələri vuraraq öldürüb. Sonra qadının gözlərini çıxarıb, cəsədini parçalamağa çalışıb. Bununla hirsi soyumayan kişi cinsiyyət orqanını kəsərək mərhumun qanlı qalıqlarının üzərinə qoyub.
İlkin məlumata görə, o, həyat yoldaşını qısqanclıq zəminində öldürüb.
Kastrasiya nəticəsində qadın çoxlu qan itirsə də, sağ qalıb. O, xəstəxanaya aparılıb, lakin həyatını qurtarmaq mümkün olmayıb.
Şübhəli bilinən şəxsin psixi xəstə və psixo-nevroloji dispanserdə qeydiyyatda olduğu bildirilib.