Antiseptik vuran 23 məktəbli zəhərləndi
16 fevral 2024 13:21 (UTC +04:00)

Antiseptik vuran 23 məktəbli zəhərləndi

Rusiyanın Kalininqrad şəhərində məktəblərin birində 23 şagird antiseptik istifadə etdikdən xəstəxanaya yerləşdirilib. Onların hamısı naməlum toksindən zəhərlənib.

Lent.az yerli mediaya istinadla bildirir ki, 5-8-ci sinif şagirdləri Bolşakovo kəndindəki məktəbə dərsdənkənar tədbirə gəliblər. Girişdə böyüklər əllərini antiseptiklə dezinfeksiya ediblər. Az sonra isə uşaqlar ürəkbulanma və qarın ağrısından şikayət etməyə başlayıblar.

Nəticədə 23 məktəblinin hamısı xəstəxanaya çatdırılıb, onlar həkimlər tərəfindən müayinə olunub və uşaqların naməlum toksindən zəhərləndiyi müəyyənləşib. 6 nəfər xəstəxanaya yerləşdirilib, qalanlarına yardım göstərildikdən sonra buraxılıb.

Hazırda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3576
avatar

Oxşar yazılar