Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində xdmətin Müalicə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
Xidmətdən Lent.az-a verilən xəbərə görə, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 7 il 8 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Alim Çərkəz oğlu Əkbərova anası Mehparə Həsənqulu qızı Əkbərovanın gətirdiyi sovqata baxış keçirilən zaman, orada olan ətli blinçiklərin içərisində xüsusi üsulla gizlədilmiş 2 ədəd bükülüdə ümumi çəkisi 14.396 qram olan narkotik maddə - heroin aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.