Ağsuda avtomobil aşdı:  iki yaralı var
07 iyun 2026 21:28 (UTC +04:00)

Ağsuda avtomobil aşdı: iki yaralı var

0

Ağsu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az xəbər verir ki, qəza rayonun Ağalarbəyli kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata əsasən, avtomobil idarəetmədən çıxaraq aşıb.

Hadisə nəticəsində Padar kənd sakinləri — 2008-ci il təvəllüdlü Gültac Hüseynova və anası, 1957-ci il təvəllüdlü Gülsüm Ağasəfər qızı Hüseynova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Ağsu Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

İlham Əhmədov

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 212

Oxşar yazılar