Ağstafada 3 mərtəbəli evdə baş vermiş yanğın söndürülüb.
Lent.az xəbər verir ki, rayonun Köçüəsgər kənd sakini 1977-ciiltəvəllüdlü M. Xanəhmədova məxsus 900 m²-ə yaxın 3 mərtəbəli evin 290 m²-i yanıb.
Evin qalan hissəsi yağınsöndürənlər tərəfindən mühafizə edilib. Yanğının söndürülməsinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Ağstafa rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 5 yanğın söndürən avtomobili və 40-a yaxın canlı qüvvəsi cəlb edilib.
Qeyd edək ki, yanğın baş verən evdə yaşayış olmayıb. Baş verən yanğın hadisəsi ilə bağlı araşdırma aparılır
***
21:04
Ağstafa yanğın hadisəsi baş verib.
Lent.az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, rayon sakininə məxsus 3 mərtəbəli evdə anidən yanğın başlayıb.
Dərhal əraziyə FHN yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb edilib.
Yanğının söndürülməsi istiqamətində işlər gedir.