Ağdaşda qadın qazdan zəhərlənib öldü - YENİLƏNİB
20 dekabr 2024 17:01 (UTC +04:00)

Ağdaşda qadın qazdan zəhərlənib öldü - YENİLƏNİB

Ağdaşda evdən meyiti tapılan şəxsin kimliyi məlum olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, o, 65 yaşlı şəhər sakini Yeganə Qafarovadır.

Qadının tək yaşadığı bildirilir. İlkin ehtimala görə, mərhum dəm qazından zəhərlənərək ölüb.

Araşdırma aparılır.

***
16:48

Ağdaşda evdən meyit tapılıb.

Lent.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

FHN-in "112" qaynar telefon xəttinə Ağdaş rayonunda 1 nəfərin fərdi yaşayış evində bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar DYMX-nın xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2296

Oxşar yazılar