Ağdaşda ötən il  maşın vuran kişi öldü
24 yanvar 2026 10:32 (UTC +04:00)

Ağdaşda ötən il maşın vuran kişi öldü

0

Ağdaşda ötən il avtomobilin vurduğu piyada ölüb.

Lent.az xəbər verir ki, hadisə dekabrın 29-da Ağdaş rayonunun Pirəzə kəndinin ərazisində qeydə alınıb. Tərlan Məmmədov idarə etdiyi “VAZ-2115” markalı avtomobillə yolu keçən piyada 51 yaşlı Oktay Əsədovu vurub.

Xəstəxanaya yerləşdirilən O.Əsədov bu il yanvarın 23-də orada vəfat edib.

DİN-in mətbuat xidmətinin regional qrupundan Lent.az-a bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 222

Oxşar yazılar