Ağdamda tələbə dərmandan zəhərləndi
17 fevral 2026 16:51 (UTC +04:00)

Ağdamda tələbə dərmandan zəhərləndi

0

Ağdam rayonunda zəhərlənmə faktı qeydə alınıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Quzanlı qəsəbəsində baş verib. Biləsuvar rayon sakini, 19 yaşlı A. Əliyeva qəbul etdiyi dərman vasitəsindən zəhərlənib.

O, dərhal Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti orta ağır qiymətləndirilir.

A.Əliyeva Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin tələbəsidir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 228

Oxşar yazılar