Ağcabədidə yeniyetmə itkin düşüb.
Lent.az-ın məlumatına görə, şəhərin Babək küçəsində yaşayan 17 yaşlı Həsənov Adil Əkbər oğlu fevralın 4-də evdən çıxaraq geri qayıtmayıb.
Bu barədə onun atası polisə müraciətində bildirib.
Araşdırma zamanı Adil Həsənova məxsus “Redmi” markalı mobil telefon Yuxarı Qarabağ kanalının kənarında tapılıb.
Faktla bağlı araşdırma aparılır.