Yük avtomobilləri toqquşdu, xəsarət alanlar var
27 may 2020 20:41 (UTC +04:00)

Yük avtomobilləri toqquşdu, xəsarət alanlar var

 

Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, qəza hadisəsi köhnə Ələt-Astara magistral yolunun Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb. 

"KamAZ" ilə "İsuzu" markalı yük avtomobilləri toqquşub. Nəticədə 3 nəfər - hər iki maşının sürücüləri və bir nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hazırda yaralananların kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2926
avatar

Oxşar yazılar