Quba rayonunun Paşaoba kəndi ərazisində ölümlə nəticələnən yol qəzası baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, noyabrın 29-da saat 17 radələrində Quba rayonunun Paşaoba kəndi ərazisində Xızı rayon sakini İ.Əftilov idarə etidiyi “Shacman” markalı avtomobillə yolu keçən kənd sakini Mehman Əhmədovu vurub. Xəsarət almış piyada xəstəxanaya aparılarkən yolda ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.