Narkotik qaçaqmalçısı 15 il azadlıqdan məhrum edildi
09 may 2020 13:30 (UTC +04:00)

Narkotik qaçaqmalçısı 15 il azadlıqdan məhrum edildi

İrandan Azərbaycan vasitəsilə Avropaya 126 kiloqram heroinin keçirməyə cəhd gödtərməkdə təqsirləndirilən Türkiyə vətəndaşı Karataş İmdat Musa oğlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Oruc Cəlilovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən İ. Karadaş 15 il müddətinə azadlıqdan məhrum edilib.

Şirvan Apelyasiya Məhkəməsində onun cəzası dəyişmədən saxlanılıb.

Qeyd edək ki,  ötən il iyunun 18-də Dövlət Gömrük Komitəsinin hadisə ilə bağlı məlumat yayıb.

Bildirilib ki,  DGK əməkdaşları İrandan gələn Iveco yük maşınında 126 kiloqramdan çox heroin aşkar edərək götürüblər.

İstintaq araşdırması zamanı məlum olub ki, İ. Karadaş  126 kiloqram 90 qram narkotik vasitə olan heroini həmin şəxsdən satış məqsədi ilə qəsdən qanunsuz olaraq əldə edib və 40000 avro müqabilində Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına aparıb Moskva şəhərində mütəşəkkil dəstənin şəxsiyyətləri məlum olmayan digər üzvlərinə Avropa ölkələrinə çatdırılması məqsədilə təhvil verəcəkmiş. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2406
avatar

Oxşar yazılar