Baş Prokurorluğa yeni şöbə rəisi təyin edildi
15 may 2020 16:11 (UTC +04:00)

Baş Prokurorluğa yeni şöbə rəisi təyin edildi

Baş Prokurorluqda yeni təyinat olub.

Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun Lent.az-a açıqlamasına görə Baş prokuror Kamran Əliyevin imzaladığı əmrlə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və İnformasiya təminatı idarəsinin prokuroru Rəhim Səfərəliyev tutduğu vəzifədən azad olunaraq ona Baş Prokurorluğun Maddi-texniki təminat şöbəsinin rəisi vəzifəsinin icrası həvalə olunub.

E.Sultanov həmçinin bildirib ki, R.Səfərəliyev 1992–2013-cü illərdə Baş Prokurorluğun Maddi-texniki təminat şöbəsində müxtəlif vəzifələrdə, 2013-2015-ci illərdə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində məsləhətçi və sektor müdiri, 2015-ci ildən isə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və İnformasiya təminatı idarəsinin prokuroru vəzifələrində çalışıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3328
avatar

Mehman Nəbiyev

Oxşar yazılar