Bağdan oğurluq edən şəxs ələ keçdi
30 noyabr 2019 15:50 (UTC +04:00)

Bağdan oğurluq edən şəxs ələ keçdi

Noyabrın 4-də Bakı şəhər sakini R.Şariyevin saat 21 radələrində Nəsimi rayonu 28 May küçəsində yerləşən bağda mobil telefonunun və pul kisəsinin qeyri-aşkar şəraitdə oğurlnması ilə bağlı polisə məlumat daxil olub. 

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü R.Oucov müəyyən olunaraq saxlanılıb. 

Faktla bağlı Nəsimi RPİ-də araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1481

Oxşar yazılar