37 yaşlı nəvə 86 yaşlı babasını boru ilə döyüb, sonra bıçaqlayaraq öldürüb.
Lent.az Rusiya mediyasına istinadən bildirir ki, hadisə Voronej vilayətində baş verib.
Mənbənin məlumatına görə, nəvə ilə babası arasında münaqişə olub. Nəvə yaşlı babasını mənəviyyatsızlıqda günahlandırıb. Şikayətlərdən yorulan nəvə metal boru və bıçağı götürərək babasının işlədiyi istixanaya girərək onun başına boru ilə vurub, sonra bıçaqla boynuna zərbələr endirib. Təqaüdçü hadisə yerində ölüb.
Şübhəli saxlanılıb, günahını etiraf edib.
Faktla bağlı araşdırma aparılır.