81 yaşlı kişi öncə 45 yaşlı arvadını öldürüb, sonra özü intihar edib.
Lent.az xaricə KİV- ə istinadən bildirir ki, Ankaranın Mamak məhəlləsində bir kişi arvadının onu aldatdığından şübhələnərək öldürüb. Hadisəyə şahid olan məhəllə sakinləri qadının hadisə yerindəcə öldüyünü və ardınca kişinin özünə də atəş açdığını bildiriblər.
Təcili tibbi yardım çağırılsa da, qadının həyatını xilas etmək mümkün olmayıb. Kişi isə xəstəxanaya çatdırılıb, həkimlərin müdaxilələrinə baxmayaraq o da ölüb.